SƏNAYE

27 May

Bakıda sənaye istehsalının həcmi açıqlanıb

2022-ci ilin yanvar-aprel aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 23,7 milyard manat təşkil edib. 

"Fins.az" xəbər verir ki, bu barədə Bakı Şəhər statistika İdarəsi məlumat yaytımlayıb. 

Məlumata görə, sənaye məhsulunun 85,1%-i mədənçıxarma, 12,7 faizi emal, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 90,7 faiz olub.

Bildirlir ki, istehsalın ümumi həcmində sənaye məhsulunun payı 94,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5,1 faiz təşkil etmişdir. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 may 2022-ci il vəziyyətinə 272,3 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 82,0 milyon manat məbləğində digər məhsullar da mövcud olub. 

Müəllif:Aynur Qəniyeva