Siyasət

25 May

Azərbaycanda plastikin təkrar emalı texnologiyası tətbiq edilə bilər - Nazir

Azərbaycanda plastikin təkrar emalı texnologiyası tətbiq edilə bilər.

Bunu Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ADA Universitetində keçirilən "Italian Design Day" sərgisində deyib.

"Bu gün tullantıların idarə olunması dünya trendidir. Eyni zamanda, bu, təkcə Azərbaycanın deyil, bütün regionun problemidir", - nazir qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda plastikin təkrar emalı texnologiyasının tətbiqi imkanı realdır və bu mövzuda müzakirələr aparılıb.