SƏNAYE

24 May

"Bakı enerji həftəsi"ndə 300-dən çox şirkət iştirak edəcək

Bakıda energetika sahəsində keçiriləcək tədbirlərdə 30-dan çox ölkədən 300-dən artıq şirkət iştirak edəcək.

Bunu "Iteca Caspian" şirkətinin icraçı direktoru Fərid Məmmədov 27-ci "Xəzər Neft-Qaz" beynəlxalq sərgisi, 10-cu "Energetika və Xəzərin bərpa olunan enerji mənbələri" beynəlxalq sərgisi, eləcə də "Xəzər Neft-Qaz" konfransının təşkili ilə bağlı keçiriləmn tədbir zamanı deyib.

Onun sözlərinə görə, bu tədbirlər "Baku Energy Week" brendi altında keçiriləcək.

Öz növbəsində Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cahid Mikayılov deyib ki, Bakıdakı Enerji forumunda bir sıra nazirlər, eləcə də nazir müavinləri, beynəlxalq təşkilatlar və ekspertlər iştirak edəcək.

Qeyd edək ki, iyunun 1-3-də Bakı Ekspo Mərkəzində enerji sərgiləri, iyunun 2-3-də isə Bakı Konqres Mərkəzində Bakı enerji forumu keçiriləcək.