SƏNAYE

23 May

Rövşən Nəcəf Davos İqtisadi Forumunda iştirak edir

SOCAR-ın Prezidenti vəzifəsini icra edən Rövşən Nəcəf Davos İqtisadi Forumunda iştirak edir.

“Fins.az” xəbər verir ki, SOCAR rəsmisi öz tvitter səhifəsində yazıb.

“İsveçrədə Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etməkdən və WEF22 çərçivəsində maraq doğuran mövzular üzrə əsaslı müzakirələrdə iştirak etməkdən məmnunam”, - deyə Rövşən Nəcəf SOCAR-ın tvistini retvit edib.

 

Qeyd edək ki, SOCAR şirkəti öz rəsmi hesabında qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi İsveçrənin Davos şəhərində baş tutan növbəti Dünya İqtisadi Forumu öz işinə başlayıb.