SƏNAYE

20 May

Rusiya Finlandiyaya qazı kəsəcək

Finlandiyanın təbii qaz idxal şirkəti Gasum verdiyi açıqlamada Rusiyanın şənbə günü səhər saatlarından etibarən onlara verdiyi qazı kəsəcəyini açıqlayıb.
"Fins.az" xəbər verir ki, Finlandiya Rusiyadan idxal etdiyi yanacağın pulunu rublla ödəməkdən imtina etdikdən sonra Rusiya qazını kəsən üçüncü ölkə olacaq.

Finlandiyanın qaz idxalı şirkəti Gasum Oy tərəfindən verilən açıqlamaya görə, regionun əsas təchizatçısı olan Rusiyadan təbii qazın şənbə günü səhər kəsiləcəyi gözlənilir.

Polşa və Bolqarıstana qaz nəqli əvvəllər eyni səbəbdən kəsilmişdi. Qiymətləndirilir ki, kəsilmiş tədarük həcmi Finlandiyanın enerji ehtiyacının 5 faizinə uyğundur, ona görə də onun ölkə iqtisadiyyatına təsiri məhdud olacaq.