SƏNAYE

18 May

Rusiyanın Avropaya qaz nəqli 50% azalıb

Rusiya təbii qazının Avropaya tranziti son bir həftədə təxminən 50% azalıb.

Avstriya, Slovakiya, Moldova, Rumıniya, İtaliya və Çexiya Rusiya qazını Ukrayna üzərindən alan ölkələr sırasındadır.

Avropa istehlak etdiyi təbii qazın təxminən 40%-ni və ya 175 milyard kubmetrini Rusiyadan idxal edir. Bundan əlavə, "Qazprom" Rusiyanın təbii qaz üçün elan etdiyi rubl ödəmə sisteminə uyğun gəlmədiyi üçün aprelin 27-dən etibarən Bolqarıstan və Polşaya təbii qaz nəqlini tamamilə dayandırıb.

Əlavə edək ki, Rusiya Avropanın ən böyük neft ixratçısıdır. Rusiya 2020-ci ildə Avropaya 113 milyon ton neft satıb.

© anadolu