SƏNAYE

18 May

Türkiyə külək enerjisinə 1 mlrd. avro sərmayə qoyub

Türkiyənin külək enerjisi sektoruna investisiyası ötən il 1 milyard avroya çatıb.

Məlumata görə, ötən il Avropa ölkələrində külək enerjisi sahəsinə yatırılan investisiyalar ümumilikdə 41 milyard avro təşkil edib.

Bu dövrdə quruda külək enerjisinə investisiyalar 24,8 milyard avroya çatıb ki, bu da 2016-cı ildən bəri ən yüksək investisiya məbləğidir. Dənizdə külək enerjisinə investisiyalar isə 16,6 milyard avro olub. 

Bildirilir ki, növbəti beş il ərzində yeni külək elektrik stansiyalarının 76%-i quruda olacaq.

Əlavə edək ki, bu dövrdə investisiyaların həcminə görə Böyük Britaniya 1,2 milyard avro ilə 1-ci yerdə olub. 2-ci yerdə Türkiyə (1,1 milyard avro), 3-cü yerdə isə Rusiya (400 min avro) olub.

 

©anadolu