SƏNAYE

17 May

Azərbaycanda insanlar fərdi olaraq evlərinin damlarında günəş panellərini yerləşdirə biləcək-NAZİR MÜAVİNİNDƏN AÇIQLAMA

Azərbaycanda insanlar fərdi olaraq evlərinin damlarında günəş panellərrini yerləşdirə biləcəklər.

"Fins.az" xəbər verir ki, bunu Energetika nazirinin müavini Elnur Soltanov  Azərbaycan-Avropa İttifaqı biznes forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bunu üçün ilk növbədə bir çox mexanizmlər təmin olunmalıdır.

"Ölkəyə elektrik enerj mənbələrinin gətirilməsi əlbəttə ki, elektrik qiymətindən asılıdır. Azərbaycanda elektrik enerjinin bitməyib nisbətən aşağıdır və bunu təbii ki, ehtiyatla tənzimləmək lazımdır. Çünki bu, orta maaşa görə uyğunlaşdırılır. Azərbaycan enerji sərvəti olan ölkədir. Əyər siz maaşınızın 10%-dən çoxunu məhz isinməyə sərf edirsinizsə, bu o deməkdir ki, enerji cəhətdən siz zəyifsiniz.  Azərbaycan özünü tamamilə elektrik enerjisi ilə təmin edir. Amma burada tək bazar qanunları deyil, burada həmçinin əlavə stimullar da tətbiq olunmalıdır",- deyə Elnur Soltanov qeyd edib.

O həmçinin əlavə edib ki, hazırda yenilənəbilinən enerji mənbələrinin subsidiyalaşdırılması və maliyyələşdirilməsi həyata keçirilir.

"Təbii ki, istənilən subsidiya hesablamaları çətinləşdirir, amma düşünürəm ki, biz bu istiqamətdə düzgün fəaliyyətdəyik",- deyə Elnur Soltanov qeyd edib.