SƏNAYE

12 May

STP-dən qəza edən avtobus və xəsarət alanlarla bağlı açıqlama

Qəza edən avtobusun STP Şirkətlər Qrupuna aidiyyəti yoxdur və xəsarət alanlar içərisində STP əməkdaşı olmayıb. 

"Fins.az" xəbər verir ki, bu barədə  Sumqayıt Texnologiyalar Parkı məlumat yayımlayıb.

Məlumata görə mayın 11-i saat 9 radələrində Bakı – Sumqayıt yolunda, Sumqayıt Texnologiyalar Parkının qarşısında sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə zamanı zərərçəkənlərə təxirəsalınmaz tibbi yardım göstərmək məqsədilə STP-nin SƏTƏM bölməsinin Tibb məntəqəsinin əməkdaşları dərhal hadisə yerinə yaxınlaşıblar. Qəzada 9 nəfərin yüngül xəsarət aldığı müəyyənləşdirilərək onlara ilkin tibbi yardım göstərilib. 103 xidməti gəldikdən sonra xəsarət alanlar təkrar yoxlama üçün  xəstəxanaya aparılıblar.

Hadisə ilə əlaqədar STP olaraq  bildiririk  ki, qəza edən avtobusun STP Şirkətlər Qrupuna aidiyyəti yoxdur və xəsarət alanlar içərisində STP əməkdaşı olmayıb.