SƏNAYE

09 May

Aleksandr Novak: “Rusiyada neft hasilatı aprel ayı ilə müqayisədə artıb”

May ayının əvvəlində Rusiyada neft hasilatı aprel ayı ilə müqayisədə artıb, bazarda vəziyyət sabitdir.

Bunu Rusiyanın baş nazirinin müavini Aleksandr Novak bildirib.

A.Novak neft hasilatı və emalında azalma gözləməli olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib ki, əgər may ayının əvvəlinin göstəricilərinə baxsaq, bu gün Rusiyada aprel ayından daha yaxşı göstəricilər var: “Vəziyyət stabildir, hasilat aprellə müqayisədə artıb”

"Biz may ayında göstəricilərimizin qismən bərpa olunacağını gözləyirik", - deyə baş nazirin müavini əlavə edib.

© report