SƏNAYE

09 May

Türkiyənin neft idxalı 31% artıb

Türkiyənin bu ilin fevral ayında neft və neft məhsulları idxalı ötən ilin eyni ayı ilə müqayisədə 31,1 artaraq 3 milyon 207 min 282 tona çatıb.

Bu barədə Enerji Bazarını Tənzimləmə Qurumunun fevral ayı "Neft Bazarı Sektoru Hesabatı"nda deyilir.

Məlumata görə, Türkiyənin ümumi neft idxalında ən böyük maddəni təşkil edən xam neft idxalı 46,9% artaraq 2 milyon 345 min 489 ton olub. Bu dövrdə dizel növlərinin idxalı 1,4% azalaraq 670 min 906 ton olub. İdxalın qalan hissəsini aviasiya, dəniz yanacağı, benzin və mazut növləri təşkil edib.

İdxalın artmasında pandemiyadan sonra neft məhsullarının satışındakı artım təsirli olub.

Hesabat dövründə Türkiyə ən çox xam neft və neft məhsullarını 1 milyon 43 min ton ilə İraqdan, 803 min 447 ton ilə Rusiyadan və 489 min 43 ton ilə Qazaxıstandan idxal edib.