SƏNAYE

08 May

OPEC Qərb ölkələrinə kömək etməyəcək

OPEC Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda enerji qiymətlərindəki artımı cilovlamaq üçün neft hasilatını artırmaq niyyətində deyil.

Fins.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Daily Telegraph" qəzeti sənayedəki mənbələrə istinadən məlumat yayıb.

Məluimata görə, Səudiyyə Ərəbistanının aparıcı rol oynadığı qurumun hərəkətləri göstərir ki, OPEC ölkələri ABŞ-ın israrlı tələblərinə baxmayaraq, neft hasilatını artırmaqla özlərinə iqtisadi ziyan vurmaq istəmirlər. Çünki bu addım xammalın maya dəyərinin aşağı düşməsinə səbəb ola bilər.  

Bundan əlavə, neftin qiymətinin daha da artması halında dünya iqtisadiyyatında tənəzzül qaçılmaz ola bilər ki, bu da neft hasil edən ölkələr üçün sərfəli olmayacaq.

Nəşrin açıqlamasına əsasən, Səudiyyə Ərəbistanından neft tədarükünün əhəmiyyətli hissəsinin Ukrayna müharibəsi ilə bağlı neytral mövqe tutan Çin və Hindistanın payına düşməsi geosiyasi baxımından vəziyyəti daha da çətinləşdirir.