SƏNAYE

07 May

Hansı ölkələrdə benzinin qiyməti bahadır?

Benzinin bir litrinin qiyməti bu ilin may ayının əvvəlində təxminən 1,33 dolları olub.

RİA Novosti xəbər verir ki, hər bir ölkədə benzinin qiyməti fərqlidir.

Məlumata görə, ən bahalı benzin hazırda Honq-Konqda (2,78 ABŞ dolları) və Norveçdə (2,41 ABŞ dolları) satılır.

Benzinin ən ucuz satılıdığı ölkələr isə Əlcəzair (0,32 ABŞ dolları) və Küveytdir (0,34 ABŞ dolları).

Əlavə edək ki, Venesuela, Suriya, Liviya, İran və İraqda da benzinin qiymətləri ucuzdur.