SƏNAYE

03 May

Azərikimya İstehsalat Birliyi beynəlxalq sertifikatlara layiq görülüb

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi (İB) SGS şirkəti tərəfindən "ISO 9001:2015", "ISO 14001:2015" və "ISO 45001:2018" standartlari üzrə beynəlxalq sertifikatlara layiq görülüb.

SOCAR-dan bildirib ki, istehsalat sahəsində çalışan işçilərə sağlam və təhlükəsiz iş şəraiti yaratmaq, hər bir işçinin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi və Keyfiyyətə Nəzarət siyasəti həyata keçirilir.