SƏNAYE

28 Aprel

“Ümid” yatağında ikinci plantormanın tikinti qrafiki açıqlanıb

Xəzərin Azərbaycan sektorunda yerləşən “Umid” qaz-kondensat yatağında ikinci platformanın tikintisi çərçivəsində derrick (qazma gülləsi – red.) istehsalı və Bakıya çatdırılması 2023-cü ilin I rübünə nəzərdə tutulur.

Bu barədə SOCAR-dan bildirilib.

Məlumata görə, layihə çərçivəsində mühəndislik işlərinin “FEED” (ilkin layihələndirmə - red.) mərhələsi tamamlanıb, hazırda işlər detallı layihələndirmə mərhələsindədir.

SOCAR-dan verilən məlumata görə, layihə çərçivəsində satınalma prosesi artıq başlanıb. Avadanlığın texniki detalları satınalma üçün təqdim edilir. Əsas avadanlığın bir hissəsi üçün də satınalma prosesi tamamlanıb, lakin bunlarla məhdudlaşmır. Hazırda digər avadanlıqlar müəyyən edilmiş mühəndislik satınalma prosesindən keçir (əvvəlcədən ödəniş 78%, ödənişdən sonra 28%).

“Derrick istehsalı və Bakıya çatdırılması 2023-cü ilin I rübünə nəzərdə tutulur. Dayaq blokları, Yaşayış Bloku, UQUD üst göyərtənin istehsalına 2023-cü ilin II rübündə başlanması planlaşdırılır”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, qarşıdakı dövrdə “Ümid” yatağında daha bir platformanın ("Ümid-2") tikilib quraşdırılması, yaxınlıqdakı “Babək” strukturunda kəşfiyyat-qazma işlərinin aparılması planlaşdırılıb. “Ümid-Babək” blokundan hasil olunacaq qaz və kondensat çıxarılan məhsul tikilən "Daşgil-2" terminalına sualtı boru xətti vasitəsilə çatdırılacaq.

Xatırladaq ki, "Ümid" yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. "Ümid" yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib.

2017-ci il yanvarın 12-də "Ümid" yatağının və "Babək" perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la "SOCAR Umid Oil and Gaz Ltd." şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında "SOCAR Umid Oil and Gas Ltd." şirkəti və "Umid, Babek Exploration Production" şirkəti arasında müqavilə imzalanıb.