SƏNAYE

20 Aprel

Rövşən Nəcəf: Xarici bazarlara karbamid ixracının həcmi 8 dəfə, dəyəri isə 33 dəfə artıb

Cari ilin 1-ci rübündə “SOCAR Karbamid” zavodu tərəfindən  daxili bazara 53,4 min ton karbamid satılıb

"Fins.az" xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf rəsmi tvitter hesabında yazıb . 

O bildirib ki, daxili bazara 53,4 min ton karbamid satılıb ki, bu da  ötən ilin analoji dövrü ilə müqayisədə 224% çoxdur. Zavodun xarici bazarlara karbamid ixracının həcmi 8 dəfə, dəyəri  isə 33 dəfə artıb.

Rövşən Nəcəf zavod tərəfindən həyata keçirilən ixracın ölkənin xarici ticarət dövriyyəsinə təsiri barədə də açıqlama verərək " “SOCAR Karbamid” zavodu tərəfindən həyata keçirilən ixracın Azərbaycanın xarici ticarət saldosuna müsbət təsiri 93 mln ABŞ dolları təşkil edib."-deyə qeyd edib.  

Müəllif: Aynur Qəniyeva