SƏNAYE

20 Aprel

Hindistan Rusiya neftinin ixracındakı payını artırır

Bloomberg xəbər verir ki, Hindistan ABŞ-ın xəbərdarlıqlarına məhəl qoymayaraq, Rusiya xam neftinin alışını ikiqat artırır.

"Fins.az" xəbər verir ki, agentlik qeyd edir ki, Yeni Dehli OPEC+ kartelinin üzvlərindən bütün əsas neft növlərini alır.

Hindistan rəsmiləri və treyderlər Rusiya qara qızılını alarkən daha çox fayda əldə etmək üçün dövlət tenderlərindən imtina edərək özəl müqavilələrin xeyrinə düşünürlər.
Bloomberg xəbər verir ki, fevralın sonundan bəri Hindistan milyonlarla barrel Rusiya nefti alıb. Agentlik qeyd edib ki, ABŞ-ın Rusiyanın enerji resurslarına tətbiq etdiyi sanksiyalar və neftin Rusiya Federasiyasından əvəzlənməsinə yardım vədi Hindistan hakimiyyətinin bu məsələ ilə bağlı mövqeyini dəyişə bilməz.