SƏNAYE

19 Aprel

Azərbaycanın Gürcüstana ixrac etdiyi qaz 50,6% artıb

Hesabat dövründə SOCAR tərəfindən dünya bazarına 4,1 milyon tona yaxın xam neft, Gürcüstan bazarına isə 770 milyon kubmetr təbii qaz ixrac olunub.

"Fins.az" xəbər verir ki,bu barədə SOCAR məlumat yayımlayıb. 

Məlumata görə SOCAR-ın Gürcüstana ixrac etdiyi qaz həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 50,6% artıb.

Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də ixrac edir.