Siyasət

18 Aprel

SOCAR maliyyə hesabatı verdi -GƏLİR VƏ XƏRCLƏRİNİ AÇIQLADI

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Konsolidasiya edilmiş qısaldılmış aralıq maliyyə hesabatlarını açıqlayıb. 

"Fins.az" xəbər verir ki, 2021-ci ilin ikinci rübünü 603 milyon manat xalis mənfəət ilə başa vurub. 

SOCAR-ın cəmi kapitalı 21 miyard 991 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünə şirkətin malik olduğu cəmi kapitala nisbətən 68 milyon manat və ya 0.3% çoxdur 

SOCAR-ın hesabat dövründə qeydə alınan cəmi gəlirləri 2020-ci ilin müvafiq dövründə qeyd olunan gəlirləri ilə müqaisədə 9 milyard 873 milyon manat və ya 38.08% artaraq  35 milyard 794 milyon manat təşkil edib. 30 iyun 2021-ci il tarixinə olan göstəricilərə görə  SOCAR-ın cəmi aktivləri 0.8% artaraq  64 milyard 669 milyon manat olub. 

Qeyd edək ki, şirkət 2020-ci ilin 1-ci yarısını 180 milyon manat xalis zərər ilə bağlamışdı.