SƏNAYE

18 Aprel

Azərbaycanın qaz ixracı 8% azalıb

2022-ci ilin I rübündə bəyan edilmiş Azərbaycan qazının ixrac həcmi 5 milyard 686 milyon 818,66 min kubmetr təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 7,8% azdır.

"Fins.az"xəbər verir ki, Dövlət Gömrük Komitəsindən (DGK)  bu barədə məlumat yayımlayıb.

Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin  2021-ci ilin yanvar-mart aylarında 20,95%olduğu halda bu ilin 43,4%-i qaz ixracının payına düşüb.

Azərbaycan qazının ixrac dəyəri 3 milyard 463 milyon 858,64 min dollar  təşkil edib.