SƏNAYE

15 Aprel

Bakı neft emalı zavodu mayda işini bərpa edəcək

Bu il üçün nəzərdə tutulan əsaslı təmir işləri bitəndən sonra, Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) may ayının sonunda öz işini bərpa edəcək.

Bunu “SOCAR Downstream” Şirkətinin baş direktorunun müavini, NEZ-in modernizasiya və yenidənqurma layihəsinin direktoru Emil Alxaslı jurnalistlərə bildirib.

Qeyd edək ki, NEZ-in hər il təmirə dayanmasının qarşısının alınması məqsədilə proqram çərçivəsində 2021-ci ilin əvvəlindən kompleks tədbirlər planı hazırlanıb və hazırda icrası həyata keçirilir. Nəticədə razılaşdırılmış plana əsasən cari il aprelin 4-dən etibarən NEZ əsaslı planlı təmirə dayandırılıb.

"Təmir işlərinin 50 gün ərzində həyata keçirilməsi planlaşdırılıb və may ayının sonuna doğru zavodun yenidən istismara verilməsi nəzərdə tutulur", - Emil Alxaslı qeyd edib.

Onun sözlərinə görə, əsaslı təmir müddəti ərzində respublikanın müvafiq mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması ilə bağlı SOCAR tərəfindən lazımi tədbirlər görülüb.

(c)APA