Siyasət

13 Aprel

Sumqayıt Kimya Sənaye Parkının 10 milyon manatlıq yeni rezidenti

“4MAPS Bilgi Teknolojileri” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidentlik statusu verilib.

"Fins.az"xəbər verir ki, bununla da, Sənaye Parkının rezidentlərinin sayı 26-ya çatıb.

Bildirilir ki, "4MAPS Bilgi Teknolojileri” MMC Sumqayıt Kimya Sənaye Parkının 1,5 ha ərazisində “Tədqiqat-inkişaf mərkəzinin təşkili, kartoqrafiya və naviqasiya xidmətləri” layihəsini həyata keçirəcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 750 iş yerinin yaradılması nəzərdə tutulur.