SƏNAYE

12 Aprel

OPEC: Rusiya böhranı bizim nəzarətimizdən çıxıb

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Barkindo Avropa İttifaqı rəsmilərinə bildirib ki, qlobal neft bazarlarında böhran onların nəzarəti altında deyil. 
"Fins.az"xəbər verir ki, OPEK-in baş katibi Məhəmməd Barkindo AB Komissiyasının enerji üzrə üzvü Kadri Simsona deyib ki, sanksiyalara görə Rusiyanın neft tədarük itkiləri gündə 7 milyon bareli keçə bilər və OPEC-in bu itkini kompensasiya etməsi çətin olacaq.

Neft qiymətlərinin tələb və təklifdən çox siyasi faktorlarla dəyişdiyini ifadə edən Barkindo "Ona görə də OPEC-in edə biləcəyi çox şey yoxdur. Böhranlar bazarda yüksək volatilliyə səbəb oldu. Ancaq iqtisadi əsaslara söykənməyən bu amillər OPEC-in nəzarəti xaricindədir”-deyə bildirir.

Rusiyanın Ukraynaya müdaxiləsi ilə kəskin bahalaşan neftin qiyməti bu gün də bir barel üçün 100 dolların üstündədir. Qiymət artımları qlobal inflyasiya təzyiqlərinin artmasına səbəb olur.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi OPEC ölkələri ABŞ kimi iri istehlakçıların Rusiyanın vurduğu itkiləri kompensasiya etmək çağırışlarına cavab vermədyib.