SƏNAYE

08 Aprel

Aİ-nin Rusiyaya qarşı kömür idxalına qarşı sanksiya

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı kömür və digər bərk qalıq yanacaqların alınması, idxalı və ya çatdırılmasını əhatə edən 5-ci sanksiyalar paketini qəbul edib.
"Fins.az" xəbər verir ki, Avropa Şurasının yayımladığı yazılı açıqlamada, Rusiya silahlı qüvvələrinin Buça və Rusiyanın işğalı altında olan digər yerlərdə törətdiyi vəhşiliklərdən sonra son sanksiyaların qəbul edildiyi bildirilib.

Müvafiq olaraq, 2022-ci ilin avqust ayından etibarən ildə 8 milyard avro dəyərində Rusiya mənşəli və ya Rusiyadan ixrac edilən kömür və digər bərk qalıq yanacaqların alınması, idxalı və ya Aİ-yə təhvil verilməsinə qadağa qoyulması qərara alınıb.

Kənd təsərrüfatı və ərzaq məhsulları, humanitar yardım və enerji istisna olmaqla, Rusiya bayrağı altında qeydiyyatdan keçmiş gəmilərin Aİ limanlarına çıxışına qadağa qoyulub.

Rusiya və Belarusun hər hansı avtomobil nəqliyyatı müəssisələrinə, o cümlədən tranzit, Aİ daxilində quru yolu ilə malların daşınmasına qadağa qoyulur, tibbi ləvazimatlar, kənd təsərrüfatı və ərzaq məhsulları və humanitar məqsədlər üçün bir sıra məhsullar üçün avtomobil daşımaları üçün istisnalar ediləcək.