SƏNAYE

06 Aprel

Pərviz Şahbazov Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin aprel ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, energetika naziri Pərviz Şahbazov aprelin 15-də Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Fins.az"xəbər verir ki, qəbul saat 11:00-dan etibarən Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (Ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 242) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), Nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs İntiqam Mehdiyev, əlaqə telefonları: (050) 668-61-24, elektron poçt ünvanı [email protected] vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az  internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi və Nazirliyin “facebook” səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.