SƏNAYE

05 Aprel

"Petronas Azerbaijan" ləğv olunur

"Petronas Azerbaijan (Shah Deniz) S.A.R.L." şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edir. 

"Fins.az" xəbər verir ki, bu barədə şirkətin elanında bildirilir.

Məlumata görə,kreditorlar iki ay ərzində tələblərini 1065 Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 8, Hyatt beynəlxalq Mərkəzi, Hyatt Touer 2, 1-ci mərtəbə, Dentons Şirkəti ünvanına bildirə bilərlər.

"Petronas" Malayziyanın milli neft-qaz şirkətidir. "Petronas Azerbaijan (Shah Deniz) S.A.R.L." Sirkətinin Azərbaycandakı filialı 2015-ci ildə qeydiyyata alınmışdı.

Qeyd edək ki, “Petronas” şirkəti “Şahədniz”dəki 15,5%-lik payını SOCAR, BP və Lukoil şirkətlərinə satıb. 2014-cü ilin oktyabrında Norveçin "Statoil" şirkəti "Şah Dəniz" yatağındakı ümumi həcmi 2,25 milyard dollar olan 15,5%-lik payını "Petronas"a satmışdı