SƏNAYE

05 Aprel

“Qazprom” Çinə qaz nəqlini bərpa edib

Rusiyanın “Qazprom” şirkəti “Sibirin gücü” (“Sila Sibiri”) qaz kəməri vasitəsilə Çinə təbii qazın tədarükünü bərpa edib.

"Fins.az"“Qazprom”a istinadən verdiyi məlumata görə, qazın nəqli kəmərdə nəzərdə tutulmuş profilaktik işlər başa çatdırıldıqdan sonra bərpa edilib.

Qeyd olunur ki, martın 29-dan aprelin 4-dək planlaşdırılmış texniki işlərlə əlaqədar uzunluğu 3 min km yaxın olan kəmər vasitəsilə qaz təchizatı dayandırılıb.

"Qazprom" və Çinin CNPC şirkəti arasında bağlanmış müqaviləyə əsasən, qaz kəmərinin avadanlıqları və sistemlərində profilaktik təmir işləri ildə iki dəfə (yaz və payız aylarında) yerinə yetirilir.