SƏNAYE

30 Mart

Avropa İttifaqı Qazprom-un ofislərində axtarışlar aparıb

Avropa İttifaqı (Aİ) antiinhisar orqanları qazın qiymətinin artması ilə bağlı araşdırma çərçivəsində Qazprom-un ofislərində axtarışlar aparıb.

"Fins.az" -ın məlumatına görə Bloomberg öz mənbələrinə istinadən xəbər verir ki, Aİ səlahiyyətliləri "Qazprom"un Almaniyadakı bölmələrinin ofislərində reyd keçirib. “Reuters” agentliyinin mənbəsi “Qazprom”un Avropa İttifaqındakı ofislərində aparılan axtarışlardan da danışıb.

Axtarışlar Aİ antiinhisar tənzimləyiciləri tərəfindən aparılıb. və Almaniya bazarına qaz tədarükünün təxminən 20%-ni təşkil edən Gazprom Germania GmbH və Wingas GmbH ofislərində keçirilib.

Axtarışlar “Qazprom”a qarşı aparılan antiinhisar araşdırması çərçivəsində həyata keçirilib. Bu, Aİ səlahiyyətliləri tərəfindən, qazın qiymətini artırmaq üçün qaz tədarükünü  azaldıb- azaltmadığını yoxlamaq üçün həyata keçirilir.