SƏNAYE

23 Mart

İki ayda 114,4 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib

İki ayda 114,4 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.

Azərtac Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 150,9 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 105,5 milyon dollar olmaqla 86,3 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib.