SƏNAYE

17 Mart

Azərbaycanda avtomobil benzininin istehsalı 50 faizdən çox artıb

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 51,2 faiz artıb.

Qeyd olunan müddət ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 596,9 milyon manat olmaqla, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 25,4 faiz artıb.

Yanacaq mazutunun istehsalı 8,2 dəfə, sürtkü yağlarının istehsalı 21,5 faiz, dizel yanacağının istehsalı 0,5 faiz artıb, neft koksunun istehsalı 12,2 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 17,4 faiz azalıb.