SƏNAYE

17 Mart

“Azərelektrikşəbəkətikinti” ASC ləğv olunur

29 aprel 2022-ci il saat 14.00-da “Azərelektrikşəbəkətikinti” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
"Fins.az"xəbər verir ki,yığıncağın gündəliyinə cəmiyyətin 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair idarə heyətinin hesabatı,cəmiyyətin ləğv olunması,cəmiyyətin ləğv olunması ilə əlaqədar Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi müzakirə üçün daxil edilib. 
Qeyd olunur ki, yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
COVID–19 pandemiyası ilə əlaqədar peyvənd, immunitet sertifikatı və ya COVID–19 virusuna yoluxmamaq barədə testin nəticələrini təqdim etməyən şəxslər iclasda iştirak edə bilməzlər.
Yığıncaqda iştirak etmək üçün gələn şəxslərin qeydiyyatı saat 12.00-dan 14.00-a kimi aparılacaqdır.Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil olunmuş nümayəndələr notarial təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.