SƏNAYE

15 Mart

Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin Energetika naziri ilə görüşüb

230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

"Fins.az" xəbər verir ki, bu barədə Energetika nazirliyindən məlumat verilib. 

Məlumata görə,görüşdə Qaradağ GES-in təməlinin qoyulması iki ölkə arasında yüksək münasibətlərin göstəricisi  kimi qiymətləndirilib. Azərbaycan  xarici investisiyalar üçün cəlbedici və çoxşaxəli enerji əməkdaşlığı üçün böyük imkanlara malik ölkə kimi dəyərləndirilib.

Söhbət zamanı bərpa olunan enerjinin bir çox istiqamətləri, həmçinin təbii qaz, hidrogen və elektrik enerjisi sahələri üzrə əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.