SƏNAYE

15 Mart

Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı artıb

2022-ci ilin yanvar-ferval aylarında Azərbaycanda 5 milyon 464,9 min ton neft (qaz-kondensatla birlikdə) hasil edilib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqaisədə 6,2% azdır.

"Fins.az"xəbər verir ki,bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə,bundan əlavə, 5 milyon 447,8 min ton əmtəəlik neft (kondensatla birlikdə) hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünə olan göstərici ilə müqaisədə 6,4% azalıb. 

Yanvar-fevralda Azərbaycanda 7 milyard 683,9 milyon kubmetr qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 12.4% artım deməkdir. Hesabat dövründə  6 milyard 12,9 milyon kubmetr əmtəəlik qaz  hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqaisədə 17.8% arımın göstəricisidir.