SƏNAYE

15 Mart

Azərbaycanda traktor istehsalı artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 59 traktor istehsal olunub.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə traktor istehsalı 15,7% artıb. Təkcə fevral ayında 29 traktor buraxılıb ki, bu da aylıq müqayisədə 1 ədəd azdır. Martın 1-nə hazır məhsul ehtiyatı isə 74 traktor təşkil edib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda 651 traktor istehsal olunub ki, bu da 2020-ci il ilə müqayisədə 2,2 dəfə çoxdur.

 

© apa