SƏNAYE

11 Mart

Qazprom-un qaz ixracından əldə etdiyi gəlirlər 2,7 dəfə artıb

Rusiyanın Federal Gömrük Xidmətinin (FCS) materiallarına əsasən, 2022-ci ilin yanvar ayında “Qazprom”un qaz ixracından əldə etdiyi gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 9,463 milyard dollar təşkil edib.

"Fins.az" xəbər verir ki, yanvarda qaz ixracının həcmi 34,1% azalaraq 13,8 milyard kubmetrə çatıb. 

Məlumata görə 2022-ci ilin yanvar ayında Qazprom dekabr ayı ilə müqayisədə ixracı 14,3% azaldıb, pul ifadəsində isə 13,5% artıb.

Federal Gömrük Xidmətinin məlumatına görə, yanvarda Qazprom-un ixrac etdiyi qazın orta qiyməti 1000 kubmetr üçün təxminən 686 dollar təşkil edib. Keçən ilin dekabrında ixrac qiyməti 1 min kubmetr üçün 517,8 dollar təşkil edib.

Bundan əvvəl “Qazprom” bildirmişdi ki,2022-ci ildə qaz ixracının proqnoz qiyməti 1000 kubmetr üçün 296 ABŞ dollarıdır.