SƏNAYE

11 Mart

Azərbaycan sənaye istehsalı 4,6% artıb

Sənaye müəssisələri və bu sahədə Azərbaycanda fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-fevral aylarında 13,1 mlrd. manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,6% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “Fins.az "-verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,4%, qeyri neft-qaz sektorunda isə 20,85 artıb.