SƏNAYE

10 Mart

TANAP-la Avropaya nəql edilən təbii qazın həcmi 10 mlrd. kubmetri ötüb

Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) bu ilin yanvarın 1-də Avropaya təbii qaz nəqli illik həcmi 10,5 milyard kubmetrə yüksəlib. Beləliklə, Avropanın təchizat təhlükəsizliyinə töhfə vermək üçün TANAP ilə tam həcmdə təbii qaz ixrac edilir.

Fins.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, sözügedən boru kəməri Xəzər dənizindəki "Şahdəniz" qaz yataqlarında hasil edilən Azərbaycan təbii qazını "BOTAŞ"ın təbii qaz nəqli sisteminə tranzit edir.

Ticarət əməliyyatlarının başlandığı gündən TANAP sistemi ilə Türkiyəyə verilən təbii qazın illik həcmi 15 milyard kubmetrə, Avropaya verilən təbii qazın həcmi isə 10 milyard kubmetrə çatıb.