SƏNAYE

21 Sentyabr

Shell ABŞ -da əsas neft müəssisəsini satır

Royal Dutch Shell, aktiv portfelini şaxələndirmək və karbon emissiyalarını azaltmaq üçün ən yaxşı neft istehsal müəssisələrindən birini 9,5 milyard dollara satır.
Fins.az xəbər verir ki, Royal Dutch Shell, Perm hövzəsindəki ən önəmli obyektlərini ConocoPhillipsə 9,5 milyard nağd pula satmağa razılıq verib. İki şirkət arasındakı razılaşma, Shell -in karbon emissiyalarını azaltmağa və bərpa olunan enerjiyə daha çox sərmayə qoymağa çalışmasının göstəricisi olaraq şərh olunur.

Shell, satışdan əldə edilən məbləğin 7 milyard dollarının investorlara paylanacağını, qalanının isə balansın dəstəklənməsi üçün istifadə ediləcəyi bildirilib. Şirkət, 2012 -ci ildə Chesapeake Energy -dən 1.9 milyard dollara Perm hövzəsindəkı obyektləri satın alıb.

ConocoPhillips, bütün obyektlərinin Texasda olduğunu və 600 millik neft, qaz, su xətti və digər infrastruktur məhsullarının da müqaviləyə daxil olduğunu açıqlayıb. 

Müəllif:Aynur Qəniyeva