SƏNAYE

19 Avqust

İxrac edilən təbii qazın həcmi AÇIQLANDI

2021-ci ilin yanvar-iyun aylarında 8992,2 milyon kub metr və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,1 faiz çox təbii qaz ixrac edilib. 

Fins.az xəbər verir ki,əhali tərəfindən 2360,3 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çox təbii qaz istehlak edilmiş, onun 37,2 faizi Bakı şəhərinin,  3,5 faizi Naxçıvan Muxtar Respublikasının, 10,7 faizi Abşeron-Xızı, 6,1 faizi Mərkəzi Aran, 6,0 faizi Gəncə-Daşkəsən, 6,0 faizi Lənkəran-Astara, 5,9 faizi Qazax-Tovuz, 5,0 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,6 faizi Qarabağ, 3,9 faizi Mil-Muğan, 3,8 faizi  Şirvan-Salyan, 2,4 faizi isə Dağlıq Şirvan  iqtisadi rayonlarının payına düşmüşdür.