SƏNAYE

19 Avqust

Azərbaycan xaricdən tütün məmulatlarının alışını AZALDIB

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xaricdən 56,577 mln. ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edib.

 Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,8% çoxdur.

Təkcə iyul ayında 5,928 mln. manatlıq tütün məmulatları idxal olunub, bu isə iyun ayı ilə müqayisədə 36,4% azdır.

Qeyd edək ki, yanvar-iyul aylarında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,9%-ni təşkil edib.

(c)APA