SƏNAYE

18 Avqust

Vaksinasiyadan keçənlərin sayı açıqlandı

Azərbaycanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 66 min 519 doza vaksin vurulub. Nazirlər

Kabineti yanında Operativ Qərargahdan "Fins.az"-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 52 min 661, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 13 min 858 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 5 milyon 932 min 734, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 milyon 526 min 467, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 milyon 406 min 267 təşkil edir.