Siyasət

18 Avqust

Şahdəniz yatağından hasil edilən qazın ixrac həcmi ARTIB

2021-ci ilin yanvar-iyul aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 9 milyard 775,2 milyon kubmetr təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 40,8% çoxdur.

Bu barədə Fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə magistral qaz kəmərləri ilə nəql edilən qazın 49,3%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.

Bütövlükdə, yanvar-iyul aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 19 milyard 809,5 milyon kubmetr qaz (artım 11,1%) nəql edilib.