SƏNAYE

16 Avqust

Azərbaycanın Avropaya ixrac etdiyi qazın miqdarı AÇIQLANIB

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Avropaya 773 711,28 min ABŞ dolları dəyərində 3 040 577 720 kubmetr həcmində qaz ixrac edib.

Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə,Avropaya ixrac edilən qazın 2 561 584 640 kubmetri (658 300,34 min dollar dəyərində) İtaliyanın, 344 085 150 kubmetri (96 100,99 min dollar) Yunanıstanın, 134 907 930 kubmetri isə (19 309,95 min dollar) Bolqarıstanın payına düşüb.