SƏNAYE

13 Avqust

Energetika Nazirliyi-dən OPEC+ açıqlaması

2021-ci ilin iyul ayında Azərbaycanda gündəlik neft hasilatı 606 min barel (iyunda 610 min barel) təşkil edib.

Bu barədə Fins.az-a Energetika Nazirliyindən məlumat verilib.

“2021-ci ilin iyul ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 717 min barel olub. Bunun 606 min barelini xam neft, 111 min barelini isə kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.

“OPEC plus” ölkələri nazirlərinin bu ilin aprel ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin iyulda 98 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyun ayına nisbətən 10 min barel artırılmaqla 620 min barel həcminə çatdırılması nəzərdə tutulurdu. Beləliklə, Azərbaycan iyul ayında OPEC+ razılaşması çərçivəsində neft hasilatı üzrə öhdəliyini 102,3% yerinə yetirib.