SƏNAYE

10 Avqust

Təbii qaz qurğularına aid 3 layihə sənədi - GERİ QAYTARILIB

İyul ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən 28 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye təbii qaz qurğularının istismarına icazə verilib.

Fins.az xəbər verir ki, ay ərzində qaz təchizatı üçün layihə sənədləri ekspertiza edilmiş və razılaşdırılmış tikinti obyektlərinin sayı 205 olub. Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 4 layihə sənədinin razılaşdırılmasından imtina edilib.

Agentlik tərəfindən 3 inzibati xəta haqqında protokol tərtib edilib və 17 qərar verilib.