SƏNAYE

06 Avqust

BP Şahdəniz üzrə xərclərini açıqlayıb-MƏBLƏĞ 

Şahdənizdə iştirak payları belədir: bp (operator – 28,8%), TPAO (19%), PETRONAS (15,5%), AzŞD (10%), LUKOYL (10%), NİKO (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%),

2021-ci ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 140 milyon dollar əməliyyat xərcləri və 366 milyon dollardan çox əsaslı xərclər çəkilib. 

Fins.az xəbər verir ki, bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

İlin ikinci rübündə Şahdəniz yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olundu. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanmışdır. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minmişdir. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.