SƏNAYE

30 İyul

Azərbaycan polietilen ixracından gəlirini 2 dəfədən çox artırıb

Bu ilin iyun ayında Azərbaycan 9,5 milyon ABŞ dolları dəyərində ilkin formalı polietilen ixrac edib.

Fins.az  bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin iyul sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni ayı ilə müqayisədə 2,3 dəfə çoxdur.

2021-ci ilin yanvar-iyun aylarında isə Azərbaycandan 50 milyon dollar dəyərində ilkin formalı polietilen ixrac olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,05 dəfə çoxdur.

(c)report