SƏNAYE

22 İyul

Saudi Aramco-ya kiberhücum olub 

Dünyanın ən iri neft hasilatçısı, Səudiyyə Ərəbistanının dövlət şirkəti Saudi Aramco kiberhücuma məruz qalıb.

Fins.az Associated Press-ə istinadla xəbər verir ki, hücumu təşkil edən qrup üzvlərindən birinin yaydığı məlumata görə, şirkətə məxsus 1 terabayta (1000 giqabayt) qədər həcmdə məlumat oğurlanıb.

Hakerlər ələ keçirilən məkumatların dərc olunmaması və Saudi Aramco-ya geri qaytarılması üçün kriptovalyutada ödənməklə 50 milyon dollar məbləğ tələb edir.

Saudi Aramco bir sıra Qərb KİV-lərinin sorğusuna cavab olaraq “üçüncü tərəf şirkətlərin ixtiyarında olan, Aramcoya məxsus bəzi məhdud həcmdə məlumatların oğurlandığını, lakin hazırda kibertəhlükəsizlik tədbirlərinin yüksək səviyyədə həyata keçirildiyini” bildirib.

Şirkət hələlik məlumatları necə bərpa edəcəyi və hakerlərlə danışığa gedib-getməyəcəyi barədə açıqlama verməyib.