SƏNAYE

16 İyun

Bakı-Tbilisi-Ceyhan ilə neft nəqli 11% azalıb

2021-ci ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 11 milyon 124,8 min ton neft nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11,2% azdır. Bu barədə Fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

“Yanvar-may aylarında BTC ilə 11 milyon 124,8 min ton neft nəql olunub ki, bu da hesabat dövrü ərzində Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunan neftin ümumi həcminin 75,6%-ni təşkil edir”, - deyə məlumatda bildirilir.

Bu dövrdə BTC ilə tranzit neftinin nəqli 1 milyon 523,3 min ton (azalma 14,9%) təşkil edib.