SƏNAYE

16 İyun

Azərbaycan qaz ixracını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 1 335 749,12 min ABŞ dolları dəyərində 9 174 562,13 min kubmetr təbii qaz ixrac edib.

"Fins.az"-ın Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu ilin ilk beş ayı ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 28,6%, həcmi isə 68% artıb.

(c)APA